“Zirə” Gürcüstan klubuna rəqib oldu

21:00 16.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

UEFA Konfrans Liqasında I təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

Hafta.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə Azərbaycan təmsilçisi “Zirə”nin rəqibi müəyyənləşib.

Bakı klubu püşk zamanı səpələnmişlər səbətində yer alıb. Komanda ilk raundda "Torpedo" (Kutaisi, Gürcüstan) ilə qarşılaşacaq.

Qeyd edək ki, UEFA Konfrans Liqasında I təsnifat mərhələsinin matçları iyulun 9-u və 16-da keçiriləcək.